Partiya Şabranda konfrans keçirib

partiya-sabranda-konfrans-kecirib
Oxunma sayı: 1358


“Qafqazinfo” xəbər verir ki, konfransda Ümid Partiyası sədrinin Təşkilat Məsələləri üzrə müavini Rəfail Tağızadə, Seçki və Təbliğat Məsələlər üzrə müavini Taleh Əliyev də iştirak ediblər.

Konfransda öncə təşkilati məsələ gündəliyə çıxarılıb və Şahverdiyev Tofiq Teymur oğlu Ümid Partiyası Şabran Rayon Şöbəsinə sədr seçilib. Həmçinin NTK–nın üzvləri seçilib və Nizamnaməyə uyğun olaraq Məclis üzvləri təsdiqlənib.

Sonra dünyada və ölkədə baş verən proseslər, 2014-cü ildə partiyanın rayon və şəhər şöbələri qarşısında qoyulan vəzifələr, partiyaya yeni üzvlərin qəbulu, yeni özəklərin yaradılması məsələlər geniş müzakirə olunub.

Sonda bələdiyyə seçkiləri ilə bağlı Seçki Qərargahının yaradılması və may ayından gec olmayaraq ilkin namizədlər siyahısının Mərkəzi Aparata təqdim olunması qərara alınıb və partiya fəallarına müvafiq tapşırıqlar verilib.

Konfransdan dərhal sonra isə Ümid Partiyası Şabran rayon Şöbə Məclisi və Nəzarət-Təftiş Komissiyası öz toplantılarını keçiriblər. Toplantılarda hər iki qurum öz rəhbərliyini seçib.