Partiya sədri ATƏT nümayəndələri ilə görüşdü

partiya-sedri-atet-numayendeleri-ile-gorusdu-
Oxunma sayı: 742


Partiyanın Mətbuat Xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, israilli qonaqlarla partiya sədri Asim Mollazadənin görüşündə Azərbaycanla İsrail arasındakı münasibətlər, ATƏT PA və digər beynəlxaq qurumlarda əməkdaşlıq, Azərbaycandakı ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, regiondakı proseslər, enerji və təhlükəsizlik məsələləri müzakirə olunub. Asim Mollazadə qonaqlara partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edək ki, görüşdə iştirak edən nümayəndə heyətinin tərkibində Knessetin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri David Tsur, deputat Boaz Toporovski, İsrailin beynəlxalq təşkilatlar üzrə daimi missiyasının siyasi məsləhətçisi Marina Verler olub.