Partiya sədri Gürcüstana getdi

partiya-sedri-gurcustana-getdi
Oxunma sayı: 646

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Gürcüstanın baş nazirinin müavini, Avropa və Avroatlantik strukturlara inteqrasiya üzrə dövlət naziri Georgi Baramidzenin dəvəti ilə Batumiyə gedib. Səfərdə məqsəd “Avropa İttifaqı və onun avropalı qonşuları” adlı beynəlxalq konfransda iştirak etməkdir.

Konfransda “Demokratik islahatlar və hüquqi normalar”, “Qlobal təhlükəsizliyin çağırışları”, “Avropa Birliyi ilə İqtisadi inteqrasiya imkanları”, “Xalqlar arasındakı münasibətlərin yüngülləşdirilməsi Avropaya inteqrasiyada katalizator kimi” adlı mövzular müzakirə olunacaq.