“Qafqazinfo”ya daxil olan təbrik məktubunda bildirilir ki, Q. Abbasoğlu Azərbaycanda kifayət qədər çəkisi olan bir agentliyə rəhbərlik edir. Baş redaktoru olduğu lent.az operativ və dəqiq xəbərlərlə, marifləndirici yazılarla oxucu kütləsinin daim rəğbətini qazanıb.
Partiya sədri həmçinin “Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunu da "Əməkdar jurnalist" fəxri adı alması münasibətilə təbrik edib. Qeyd edib ki, regionun ən iri tirajla çap olunan, söz, mətbuat azadlığı, Azərbaycanın demokratikləşməsi uğrunda daima və yorulmadan mübarizə aparan, həmişə haqqı tapdalananların arxa-dayağı, haqq yolunda olanların səsi olan, Azərbaycan jurnalistikasına çoxlu sayda tanınmış, peşəkar jurnalistlər bəxş edən bir qəzetin baş redaktoru kimi aldığınız fəxri adı haqq etmisiniz.
Son xəbərlər
Son Xəbərlər