Partiya sədri öldürülən salyanlıdan danışdı

partiya-sedri-oldurulen-salyanlidan-danisdi
Oxunma sayı: 1658


M.Mirəlioğlu deyib ki, Qarabağ müharibəsindən keçmiş Aydın Xəlilovla bir nəfər bacara bilməzdi: “Fiziki gücünə, təcrübəsinə görə onunla bacara bilməzdilər. İlkin ehtimalım budur ki, Azərbaycanda olan və hakimiyyətə bağlı kriminal var. Buna görə də ölkədə özbaşınalıq, “bespredel” baş alıb, gedir. Qanunlar işləmir”. 

Partiya sədri A.Xəlilovu hörməti olan, nüfuzlu partiya üzvü kimi xarakterizə etdi: “El-obada hörmətini saxlayırdılar. Yaşının azlığına baxmayaraq, sayılıb-seçilən söz sahibi idi. Hər hansı bir probleminin olduğunu da bilmirəm”.  

KXCP Salyan təşkilatının üzvü Tahir Əliyev isə dedi ki, artıq A.Xəlilovun meyiti Salyan rayon Məhkəmə Tibb ekspertizasına aparılıb: “Ora getdik, dedilər ki, çıxın gedin, özümüz araşdırırıq. Bildiyimiz odur ki, evdən çağırıb, aparıblar. Aydın kənd təsərrüfatı ilə məşğul olaraq, öz övladlarını, ailəsini saxlayan adam idi. Bir də boksçu idi. Rayonda idman zalı vardı, uşaqlara boks öyrədirdi. Son zamanlar bu işlə də məşğul olmurdu. Heç kimlə işi yox idi. Bunu kim edib, niyə edib, bilmirik”.

T.Əliyev deyib ki, A.Xəlilovun ölümü ilə bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.