Partiya sədrindən bayram təbriki

partiya-sedrinden-bayram-tebriki
Oxunma sayı: 733


“Hörmətli Həmvətənlərim!

Sizi  xalqımızın əziz bayramı olan Novruz münasibətilə ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, ailə səadəti, işlərində uğurlar arzulayıram. Baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyən Novruz, ən qədim dövrlərdən bəri, xalqımızın sevinc, şadlıq bayramı olmuşdur. Hər bir evə bayram ovqatı, xoş əhval ruhiyyə bəxş edən bu bayramda ölkəmizdə siyasi mühitin dəyişməsini, iqtisadi həyatıın, sosial vəziyyətin yaxşılaşmasını, ölkəmizdə vətəndaş həmrəyliyinin bərqərar olmasını diləyirəm.

Bir daha Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, xoş bayram əhval-ruhiyyəsi arzulayıram”.