Bu gün Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilənlər İnqilab Əhədovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qasımovun icraatında olan proses qərar elan oxunub. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb. İ.Əhədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Əhədovla birgə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov da təqsirləndirilib. Məhkəmə ona şərti cəza verib və N.Kərimov hökmlə razılaşaraq apellyasiya şikayəti etməyib. N.Kərimov əvvəlcə həbs edilsə də, 12 gün sonra ev dustaqlığına buraxılıb və istintaq dövründə ev dustaqlığında olub.
İnqılab Əhədov İslam Partiyasının sədr müavini olub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər