Yanacağın qiymətinin artırılması digər yeyinti və sənaye mallarının qiymətinin artmasına da təsir edəcək. Digər məhsullarda qiymət artımı yanacağın qiymətinə əlavə olunan artımdan iki dəfə çox ola bilər. Maaşlarla qiymətlərin uzlaşmadığı bir zamanda bu qiymət artımı onsuzda vəziyyəti ağır olan aztəminatlı ailələrin vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaracaq.
Partiya Tarif Şurasını yanacağın qiymətinə yenidən baxmağa, hakimiyyəti dünyada qlobal iqtisadi böhranın baş verdiyi bir zamanda aztəminatlı ailələri nəzərə alaraq təcili tədbirlər planı hazırlayıb əməli addımlar atmağa çağırır.
Son xəbərlər
Son Xəbərlər