“Qafqazinfo” xəbər verir ki, müşavirədə yerli rayon şöbələrini sədrlərinin Seçki və Təbliğat üzrə müavinləri iştirak edib. Tədbiri Ümid Partiyası sədrinin Seçki və Təbliğat üzrə müavini Taleh Əliyev aparıb. Öncə Taleh Əliyev və Ümid Partiyası Seçki və Təbliğat şöbəsinin müdiri Mehriban Murtuzayeva ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdan gələn bələdiyyə seçkiləri, vəzifələr, seçkilərə hazırlıq, bələdiyyələrin statusu və Seçki Məcəlləsi ilə bağlı çıxış ediblər. Sonra müşavirə iştirakçılarının təklifləri dinlənildi və onlara görüləcək işlərlə barədə tapşırıqlar verilib.
Son xəbərlər
Son Xəbərlər