“Qafqazinfo” xəbər verir ki, Ə. Həsənov bildirib ki, siyasi partiyalarla görüşün formatını, reqlamentini, tematikasını və bütövlükdə görüşlə bağlı təşkilatı məsələləri müzakirə ediblər: ”Ümumi gəldiyimiz razılaşma ondan ibarət oldu ki, PA-nın nümayəndəsi ilə siyasi partiyalarla işləyən strukturun rəhbəri olaraq mənimlə partiyaların görüşü aktual hesab olunsun. Cəmiyyət üçün lazımlı akt kimi dəyərləndirilsin. Bundan sonra mütəmadi olaraq hər iki ayda bir dəfə bu formatda yığışıb Azərbaycan cəmiyyətini siyasi partiyaları hakimiyyəti daxili xarici institutları narahat edən aktual hesab olunan məsələləri əvvəlcədən razılaşdırılmış şəkildə müzakirəyə çıxaraq. Bütövlükdə birinci gəldiyim razılaşma ondan ibarətdir ki, bu görüşlər mütəmadi olsun. İkinci, format məsələsini müzakirə etdik ki, bu görüşlərdə kim iştirak etsin. Biz siyasi partiyalar arasında ayrı-seçkilik edə bilmərik. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər. İkinci görüşdür ki, müzakirələrdə iştirak edən partiyaların sayı 16, 17 və 20 arasındadır. Azərbaycanda neçə partiyanın qeydiyyatdan keçməsindən asılı olmayaraq, aktiv siyasi fəaliyyətlə məşğul olan partiyalar bura təşrif buyuranlardır. Başqalarına da dəvət olub, sadəcə bəzi səbəblərdən qatılmayıblar, sonradan qatılsalar qapılarımız onlara da açıqdır. Burada geniş müzakirə olunan və ümumi razılığa gəlinib ki, görüşlərə çıxarılacaq tematikalar əvvəlcədən müəyyən olunsun. Bütün siyasi partiyalar, ayrı-ayrı mətbuat orqanları o cümlədən, dövlət qurumlarının ictimai hesab etdikləri məsələlər siyahılansın, bu siyahıya çıxarılmış məsələlər bütün siyasi partiyalara göndərilsin və onların seçimi ilə mövzulardan biri növbəti görüşün müzakirəsinə çıxarılsın. Çoxlu mövzular səsləndi- Xocalı soyqrımı ilə bağlı məsələdən ta ki seçkilərə qədər. Demək olar ki, ictimai-siyasi həyatı narahat edən, cəmiyyətin gündəlik rastlaşdığı məsələlər müzakirəyə çıxarılması tövsiyə olundu. Nəhayət, 4-cü razılaşdığımız məsələ ondan ibarət oldu ki, burada keçirilən görüş, müzakirə olunan məsələlər ətrafında yaranmış fikir ayrılığı və yaxud fərqli ideyaları təkcə bu zalda saxlamayaq, onları həm cəmiyyətə çıxaraq, cəmiyyətdə müzakirəsini təmin edək, həm də bunların ən mühüm olanlarının həyata keçirilməsinə həm siyasi partiyalar, həm də hakimiyyət orqanları çalışsınlar. Biz Azərbaycan hakimiyyəti olaraq, prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, siyasi partiyalar, QHT-lər, mətbuat orqanları, dövlət siyasətinin formalaşması və həyata keçirilməsində iştirak etsinlər. Azərbaycan şəffaf bir cəmiyyətə malik olsun, siyasi-iqtisadi islahatlar davam etdirilsin. Azərbaycan cəmiyyəti qəbul olunmuş qərarların ən doğrusunun qəbuluna inanmış olsun. Hazırda dövlət siyasətinin formalaşmasında ictimai şuraların yaradılmasına əhəmiyyət verilir. Bütün nazirliklərdə, komitələrdə bu şuralar yaradılıb”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər