“Qafqazinfo”digər partiyaların yay tətili proqramaları ilə bağlı sorğu keçirib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı yay tətili ilə bağlı xüsusi bir proqramlarının olmadığını deyib: “Partiya normal iş rejimində fəaliyyət göstərir. Partiya əməkdaşları müəyyən dövr ərzində istirahət edirlər. Amma bütövlükdə tətilə getmək kimi niyyətimiz yoxdur. Hazırda partiyanın fəaliyyəti ümumi və cari məsələlərin həllinə yönəlib”.
Ümid Partiyası sədrinin Mətbuat və İnformasiya Məsələləri üzrə müavini Elman Abbasov bildirib ki, qarşıdan bələdiyyə seçkiləri gəldiyini nəzərə çatdırıb: “Biz partiya olaraq bələdiyyə seçkilərinə hazırlaşırıq. Artıq rayonlara səfərlərimiz başlayıb. Bəzi rayonlarda seçki qərargahları da yaradılıb. İlkin namizədlərin siyahısı hazırlanır. Kiminsə vacib işi olarsa, qısa müddətə məzuniyyətə gedəcək.”
Demokratik İslahatlar Partiyasının Mətbuat Məsələləri üzrə katibi Ülkər Abdullayeva da partiya olaraq məzuniyyətə getməyəcəklərini bildirib: “Əmək Məcəlləsinə görə , hər bir şəxsin ildə bir dəfə məzuniyyətə çıxmaq hüququ var. Partiyada hamıya eyni vaxtda istirahət verilmir. Bir hissə iyulda, bir hissə avqustda, digər hissə isə sentyabrda dincələ bilər”.
AXCP sədrinin müavini Həsən Kərimov da başqa aylarda olduğu kimi yay aylarında da eyni qrafiklə işləyəcəklərini qeyd edib: “ İyul ayının 16-da partiyanın 25 illik yubileyidir. Biz yerlə əlaqədar BŞİH-nə müraciət etmişik. Həm Rəyasət Heyəti, həm də partiyanın Ali Məclisi yay aylarında da fəaliyyyət göstərəcək”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər