Partiyanın rayon şöbəsində konfrans keçirilib

partiyanin-rayon-sobesinde-konfrans-kecirilib
Oxunma sayı: 763


Konfransda Ümid Partiyası sədrinin müavinləri Rəfail Tağızadə və Taleh Əliyev də iştirak ediblər. 

Rəfail Tağızadə partiya quruculuğu haqqında çıxış edərək deyib ki, rayon şöbəsinin yeni seçilmiş rəhbərliyinin qarşısında duran əsas vəzifələr mövcud özəklərə yeni üzvlərin cəlb olunması və yeni özəklərin yaradılmasıdır. Həmçinin partiyanın  yerli strukturlarının iclaslarının əsasnamələrin tələblərinə uyğun olaraq vaxtında keçrilməsini təmin etməkdir. 

Taleh Əliyev isə öz növbəsində qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlığın vacibliyi barədə danışaraq deyib ki, Ümid Partiyası qarşıdan gələn bələdiyyə seçkilərinə hələ keçən ilin noyabr ayından başlayıb. Bu il fevral ayının 8-də Ali Məclis bələdiyyə seçkilərinə hazırlığa dair müvafiq qərar qəbul edib. Mart ayının 29-da isə partiyada bələdiyyə seçkilərinə hazırlığa həsr olunmuş respublika müşavirəsi keçirilib. Partiyamızın sədri, millət vəkili İqbal Ağazadənin təşəbbüsü ilə may ayının sonunda  Ümid Partiyasının ilkin namizədlər siyahısı hazır olmalıdır. Hesab edirəm ki, Yevlax rayon Şöbəsi də öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək.