Partlayıcı qurğu işə salındı - 3 uşaq öldü, 23 nəfər yaralandı

partlayici-qurgu-ise-salindi
Oxunma sayı: 1328

Əfqanıstanın cənubunda baş vermiş partlayış nəticəsində azı 3 uşaq həyatını itirib. “Qafqazinfo”nun məlumtına görə, bu barədə “Khaama Press” yerli hakim dairələrə istinadən xəbər verib.

Bundan əlavə, partlayış nəticəsində 23 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Partlayışa səbəb motosikletdə quraşdırılmış əldəqayırma partlayıcı qurğunun insanların çox olduğu ərazidə işə salınması olub.

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.