Partlayış baş verən binanın sakinləri ilə bağlı - - Yeni xəbər

partlayis-bas-veren-binanin-sakinleri-ile-bagli-
Oxunma sayı: 1249


E.Qədimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, binada yaşayan məcburi köçkünlər üçün əlavə 6 yeni mənzil ayrılıb: “Dünən 3 ailəyə mənzil verildi. Bu gün də daha 6 ailə üçün yeni mənzillər ayrılıb. Mənzillər Abşeron rayon Mehdiabad ərazisindədir. Dövlətin müvqafiq qurumu tərəfində alınmış yaşayış üçün bütün şərtlərə cavab verən mənzillərdir. Hazırda da mənzil verilən ailələrin əşyaları komitə tərəfindən ayrılmış nəqliyyat vasitəsilə Mehdibaddakı yaşayış üçün verilən mənzillərə daşınır”.

“Qaçqınkom” sözçüsü qeyd edib ki, partlayış baş verən bina sökülməyəcək: “Binanın sökülməsindən söhbət gedə bilməz. Bu sağlam binadır və sökməyə ehtiyac yoxdu. Sadəcə partlayış olan mənzillərin yanındakı qismən zərər çəkmiş mənzillərdə yaşayanlar köçürülüb”.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev isə dünən hadisə yerində açıqlama verərkən binanın söküləcəyini bildirmişdi: “Məndə olan məlumata görə, evlərinə ziyan dəyən insanlara Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən evlər verilib. O ailələr həmin mənzilə köçürüləcəklər. Sonra binanın vəziyyəti haqqında məlumatlar toplanacaq, ekspertlər işləyəcək. Binanın gələcəkdə sökülməsi nəzərdə tutulacaq”.

Murad Əhməd