Partlayış olan evdə qaz xətti açıq olub

partlayis-olan-evde-qaz-xetti-aciq-olub
Oxunma sayı: 2317

Yasamal rayon İcra Hakimiyyəti bu gün səhər saatlarında bir ailənin 3 üzvünün vəfat etməsi ilə nəticələnən partlayış barədə açıqlama verib.

İH-dən “Qafqazinfo”ya verilən açıqlamaya görə, yanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib: 

“Həmin ünvanda aparılan ilkin araşdırmalardan buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub. Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub. Məsələnin araşdırılması davam edir”.