Partlayış zamanı yol qırağındakı maşınlar da zədələnib - Foto

partlayis-zamani-yol-qiragindaki-masinlar-da-zedelenib
Oxunma sayı: 7520

Xəbər verdiyimiz kimi, Bakının mərkəzindəki gecə klubunda baş verən partlayış zamanı ətrafa da ziyan dəyib. 

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının məlumatına görə, nəticədə obyektin ətrafında park edilmiş vəziyyətdə olan 10-dan çox avtomobil zədələnib. 

Bundan başqa, fotolardan yaxınlıqdakı digər kafe-restoranların da partlayışdan ziyan gördüyü məlum olur. 

Xəbəri rus dilində oxuyun: Мощный взрыв в центре Баку, есть погибшие и раненые - Видео

Xatırladaq ki, partlayış  Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müzəffər İsmayılov