Partlayışda ölən polis imiş

partlayisda-olen-polis-imis
Oxunma sayı: 9094

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, partlayışda həyatını itirən şəxs polis nəfəri Məhəmməd Babayev olub. O polis bölmələrindən birində sürücü vəzifəsində xidmət edib.

Qeyd edək ki, hadisə çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzildə baş verib. İlkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.