Partlayışda ölənlərin sayı 150-yə çatdı

partlayisda-olenlerin-sayi-150-ye-catdi
Oxunma sayı: 1074


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident John Mahama paytaxtda baş verən bu hadisədən sonra 3 günlük matəm elan edib. Rəsmilər bildirib ki, partlayış nəticəsində baş verən yanğının yayılmasına səbəb şiddətli yağışlardan sonra yaranan sel suları ilə benzinin qarışıb ətraf əraziyə, binalara yayılması olub. Partlayışda ölənlərin çoxu güclü yağışdan qaçmaq üçün stansiyaya sığınanlardır. 

Ölkə başçısı onu da qeyd edib ki, yaralıların müalicəsi və xilasetmə tədbirləri üçün büdcədən 12 milyon dollar ayrılıb.

Günel Hacı