Partlayışda xəsarət alanların son vəziyyəti açıqlandı

partlayisda-xesaret-alanlarin-son-veziyyeti-aciqlandi
Oxunma sayı: 2083

TƏBİB Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlarla bağlı yeni məlumat yayıb.

“Qafqazinfo”nun xəbərinə görə, qurumdan bildirilib ki, xəsarət alanlardan hazırda tibb müəssisələrində ümumilikdə, 15 nəfər müalicə  alır. 

Onlardan 12-si TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Son məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

Ümumilikdə, bu gün ambulator müalicə üçün 3 nəfər evə göndərilib.