Partlayışda yaralanan daha iki nəfər evə buraxıldı

partlayisda-yaralanan-daha-iki-nefer-eve-buraxildi
Oxunma sayı: 766

İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən daha 2 nəfəri günün sonunda evə buraxılıb.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, xəsarət alanlardan qalan 3 nəfərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.