Bakının Zabrat qəsəbəsində təndirxanada baş vermiş partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb.
TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub və briqadalar dərhal hadisə yerinə cəlb olunub.
Qeyd olunub ki, xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunublar.
Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər