Partlayışdan sonra bina bu hala düşüb - Fotolar

partlayisdan-sonra-bina-bu-hala-dusub
Oxunma sayı: 5201

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində yaranmış dağıntı ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir. 

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda əməliyyat xüsusi texnikanın tətbiqi ilə həyata keçirilir. 

Qeyd edək ki, axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir. 

Əlavə məlumat veriləcək.