“PAŞA Həyat Sığorta” 50 min manata yaxın sığorta ödənişi edib

pasa-heyat-sigorta-50-min-manata-yaxin-sigorta-odenisi-edib-
Oxunma sayı: 633

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, sığorta hadisəsi Azərbaycanda istehsalat sahəsində fəaliyyət göstərən müəssisələrin birində baş verib. Belə ki, “PAŞA Həyat”da sığortalanan həmin müəssisənin işçisi istehsalat prosesi zamanı bədbəxt hadisə nəticəsində həyatını itirib.

Sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, 49,636 min manat həcmində birdəfəlik sığorta ödənişi sığortalının faydalanan şəxsinin (vəfat etmiş şəxsin həyat yoldaşı və oğluna) bank hesabına köçürülüb.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən cari ilin əvvəlindən indiyədək sözügedən sığorta növü üzrə 259 min manatdan artıq sığorta ödənişi verilib.

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin yanvar-noyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 13,383 mln. manat, ödənişləri isə 0,295 mln. manat olub. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil