“PAŞA Həyat Sığorta” icbari sığorta ödənişlərini artırıb

pasa-heyat-sigorta-icbari-sigorta-odenislerini-artirib-
Oxunma sayı: 646

“PAŞA Həyat Sığorta” şirkətinin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 89,3% çox olub.

Təkcə bu ilin noyabr ayının əvvəlindən indiyədək şirkət tərəfindən bir sığorta hadisəsi üzrə 37,776 min manatdan çox sığorta ödənişi edilib.

Bununla yanaşı, qeyd olunan dövr ərzində “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə 8,768 mln. manatdan artıq sığorta haqqı toplanılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə yığımların həcmində 18,2% artım müşahidə olunub.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.

Nigar Məmmədli