PAŞA Holding tərəfindən karyera və inkişaf proqramı həyata keçirilib - Fotolar+Video

pasa-holding-terefinden-karyera-ve-inkisaf-proqrami-heyata-kecirilib
Oxunma sayı: 1520

PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən Future shapers adlı karyera və inkişaf proqramı həyata keçirilib. Proqramın məqsədi tələbələr və yeni məzunlara PAŞA Holding-in baxışı, cari karyera və inkişaf imkanları, eləcə də Şirkətin strategiyasına uyğun olan yeni rollar barədə məlumat verməkdir.

Bazar sürətlə inkişaf edir və bunun nəticəsi olaraq iri şirkətlərin strategiyaları da müasir tələblərə uyğunlaşdırılır. Hər iki prosesin nəticəsi olaraq isə əmək bazarında yeni rollar yaranır və bu rolların tələb etdiyi ferqli xarakterli bacarıqlara malik olan insan kapitalına ehtiyac artır. Hazırkı inkişaf və karyera proqramının məqsədi də tələbələr və yeni məzunlara həm şirkətimizin, missiyası, dəyərləri və strategiyası barədə məlumat vermək, həm də strategiyamıza uyğun rollar və bu rolların öhdəlikləri haqda danışmaqdır” – PAŞA Holding-in baş kommunikasiya mütəxəssisi Aytac Muxtarzadə bildirib.

Proqram çərçivəsində iştirakçılar, müasir dövrdə tələb olunan bacarıqların inkişafı üzrə biliklər əldə etmək, eləcə də biznes simulasiyada iştirak etmək imkanı da qazana biləcəklər. Qeyd edək ki, İnsan kapitalının gücləndirilməsi və inkişaf etdirilməsi PAŞA Holding-in əsas hədəflərindən biridir.

https://www.youtube.com/watch?v=gR8IaoUkvSs&feature=youtu.be