“PAŞA Real Estate The Ritz-Carlton Residence” məhdudmüddətli eksklüziv əmlak təkliflərini elan edir

pasa-real-estate-the-ritz-carlton-residence-mehdudmuddetli-ekskluziv-emlak-tekliflerini-elan-edir
Oxunma sayı: 2284

“PAŞA Real Estate The Ritz-Carlton Residences, Baku”da tam təchiz olunmuş və “white-box” mənzillərin seçilmiş kolleksiyasına məhdudmüddətli fürsəti elan edir.

“The Ritz-Carlton Residences, Baku”da mənzil sahibi olmaq üçün elan edilən bu eksklüziv üstünlüklər limitli müddətdə aktiv olacaq.

İyul ayının sonunadək, hər ayın ilk 3 alıcısı xüsusi güzəştlərlə “The Ritz-Carlton Residences, Baku”da seçilmiş mənzillərə sahib olmaq imkanı əldə edəcək.

Rezidensiyaların təhvili 2024-cü ilin dekabrında baş tutacaq. Alıcılar isə ilkin ödəniş etdikdən sonra qalan məbləği 2025-ci ilin yanvar ayından etibarən rahat ödəniş planından yararlanaraq tamamlaya biləcəklər.

“PAŞA Real Estate” böyük məmnuniyyətlə “The Ritz-Carlton Residences, Baku” üçün iyul ayının sonuna qədər keçərli olacaq əmlak təkliflərinin eksklüziv seçimini elan edir. Təkliflər “white-box” və tam təchiz olunmuş rezidensiyalara şamil olunacaq, potensial alıcılara əhəmiyyətli maliyyə şərtləri və üstünlüklər təqdim olunacaq.

Erkən alıcılar üçün xüsusi təkliflər: Hər ay seçilmiş mənzillərin ilk üç alıcısı bir sıra cəlbedici təkliflərdən faydalanacaq. Beləliklə, alıcılar 2024-cü ilin dekabrından etibarən mənzili yaşayış üçün təhvilalma və cəmi 20% ilkin ödəniş etmə imkan verən məhdudmüddətli fürsətə çıxış əldə edəcəklər. Təklif çərçivəsində alıcılara, həmçinin ödənişin qalan hissəsini 2025-ci ilin yanvar ayından etibarən 36 aylıq hissə-hissə ödəmə imkanı da təqdim ediləcək.

Eksklüziv ödəniş imkanları: Əmlak dəyərinin 50%-ni və ya tam məbləği əvvəlcədən ödəməyi seçənlər xüsusi güzəşt əldə edəcəklər. 50% ilkin ödəniş edən alıcılar 3%, tam ödəniş edən alıcılar isə 5%-lik endirim qazanacaq.

Rahat mülkiyyət: Alıcılara 2024-cü ilin dekabrına qədər tam təchiz olunmuş və açarları hazır, mülkiyyət üçün əngəlsiz və rahat yol təklif olunur.

Lüks yaşayış yenidən müəyyənləşir: Rezidensiyalar “The Ritz-Carlton” brendinin sinonimi olan zəriflik və ən kiçik detallara qədər xüsusi diqqəti əks etdirir. Bakının müasir memarlıq nümunələrindən birində yerləşən rezidensiyalar məxfilik, lüks və unikal dizayn variantları təklif edir. Burada həm hər bir mənzilin dənizə və ya şəhərə mənzərəsi mövcuddur, həm də sakinlər “The Ritz-Carlton” hoteli və onun çeşidli üstünlüklərinə birbaşa çıxış əldə edirlər.

“The Ritz-Carlton Residences, Baku” haqqında: Bakının ən yaxşı bölgələrindən birində yerləşən “The Ritz-Carlton Residences” lüks və eksklüzivliyin simvolu kimi yüksəlir. Regionda bənzəri olmayan bir həyat tərzi təklif edən bu rezidensiyalar qlobal qonaqpərvərlik liderindən gözlənilən rahatlıq və komfort ilə birlikdə elit yaşayış təcrübəsi vəd edir.

https://www.youtube.com/watch?v=oshaFzRy25k 

Qeydiyyat və konsultasiya: Potensial alıcılar www.rcresidencesbaku.com veb-saytına daxil olaraq, *1118 nömrəsinə zəng edərək və ya [email protected] elektron poçt ünvanına müraciət göndərərək satış nümayəndəsi ilə konsultasiya təyin edə bilərlər.

Qeyd: “The Ritz-Carlton Residences, Baku” “The Ritz-Carlton Hotel Company, L.L.C.” və ya onun ortaqlarına (“Ritz-Carlton”) məxsus deyil, tərəfindən idarə olunmur və ya satılmır.

“Yelken Operating Company L.L.C.” yalnız “The Ritz-Carlton” markalarından “Ritz-Carlton” lisenziyası əsasında fəaliyyət göstərir, burada verilən hər hansı bəyanat və ya təqdimatın düzgünlüyünü təsdiqləmir.