“Paşinyan 44 günlük müharibə ilə bağlı sensasiyalı təfərrüatlar açıqlayacaq”

pasinyan-44-gunluk-muharibe-ile-bagli-sensasiyali-teferruatlar-aciqlayacaq
Oxunma sayı: 2573

“Ermənistanın Baş Naziri Nikol Paşinyan 44 günlük müharibənin şərtlərini araşdıran müvəqqəti komissiyanın iclasında sensasiyalı təfərrüatlar təqdim edəcək”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.

Onun sözlərinə görə, Paşinyan maraqlı təfərrüatlar açıqlayacaq.

Qeyd edək ki, hazırda Ermənistan parlamentində Paşinyanın iştirakı ilə sözügedən komissiyanın iclası keçirilir.