Paşinyan Almatı bəyannaməsindən danışdı

pasinyan-almati-beyannamesinden-danisdi
Oxunma sayı: 2965

“Ukraynada baş verənlər Almatı bəyannaməsinin pozulmasıdır və biz hazırda ciddi şəkildə narahatıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə “France 24” televiziyasına müsahibəsində deyib.

“Yeri gəlmişkən, Alamatı bəyannaməsi Belarus, Rusiya və Ukraynanın imzaladığı Beloveja sazişi ilə başladı.

Daha sonra Almatıda daha doqquz keçmiş sovet respublikasının qoşulduğu bu müqavilə iki şeydən ibarətdir: Sovet İttifaqının mövcudluğunu dayandırması və ikincisi, imzalayan sovet respublikalarının müstəqil dövlətlərə çevrilməsi, bir-birinin ərazi bütövlüyünü və toxunulmazlığını tanıması. 

İndi bizim təhlükəsizliyimiz üçün də çox vacib olan Almatı Bəyannaməsinin ruhu ilə biz Ukraynada baş verənlərin Almatı Bəyannaməsinin pozulması olduğunu görürük və biz, əslində, ciddi şəkildə narahatıq”, - Paşinyan deyib.