Paşinyan aprel hadisələrinə görə komissiya yaratmaq istəyir

Paşinyan aprel hadisələrinə görə komissiya yaratmaq istəyir
Oxunma sayı: 879

“2016-cı ilin aprel müharibəsi ilə bağlı bütün halları araşdırmaq üçün parlament komissiyası yaratmağın vaxtı çatıb”. “Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu cür bəyanatla Ermənistan Baş Naziri Nikol Paşinyan çıxış edib. 

Onun sözlərinə görə, əvvəlki korrupsioner rejimdən Ermənistandan çox Dağlıq Qarabağ əhalisi zərər çəkib:

“Bu korrupsioner sistemin bəzi nümayəndələri öz şəxsi əlaqələrindən Ermənistan hökuməti və Baş Nazirinə qarşı əks-təbliğat üçün istifadə edirlər. Bütün faktları araşdıraraq mən bunun arxasında yeni müharibə başlatmağa və hətta ola bilsin bəzi əraziləri verməyə hesablanmış qəsd planının dayandığını görürəm. Bu fəaliyyətdə dövlətə xəyanət var. Mən Baş Nazir, ali baş komandan kimi həmin qəsd planının qarşısını almaq üçün ən sərt tədbirləri görəcəyəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi