“Paşinyan artıq Ermənistanı təmsil etmir”

pasinyan-artiq-ermenistani-temsil-etmir
Oxunma sayı: 7491

“Ermənistanın baş naziri Nikol Paşinyan artıq Ermənistanı və erməni xalqını təmsil etmir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müxalif "Müqavimət" hərəkatının liderlərindən biri İşxan Saqatelyan keçirilən mitinqdə xarici dövlətlərin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri qarşısında çıxış edərkən bildirib.

O qeyd edib ki, Ermənistanda siyasi böhran yaranıb və onun həlli Paşinyanın və komandasının istefasını tələb edir. Bu tələb, Saqatelyanın fikrincə, hazırkı rəhbərliyin təhlükəsizlik, iqtisadiyyat, milli maraqların müdafiəsi kimi sahələrdə kursunun uğursuzluğu ilə bağlıdır.

Siyasətçi xarici diplomatları Ermənistan müxalifətinin mesajını öz ölkələrinin rəhbərliyinə çatdırmağa çağırıb.
Saqatelyan Ermənistanın dövlət strukturlarının əməkdaşlarını da etiraz hərəkatına qoşulmağa, rəhbərliyin hədələrinə məhəl qoymamağa və vətəndaş itaətsizliyi aksiyaları təşkil etməyə çağırıb və işdən çıxarılacağı təqdirdə onları müxalifət hakimiyyətə gəldikdən sonra yenidən işə düzəltməyə söz verib.