Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü

pasinyan-atet-in-fealiyyetde-olan-sedri-ile-gorusdu
Oxunma sayı: 1152

Aprelin 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, tərəflər yerli və regional bir sıra məsələləri müzakirə edib.

Görüş zamanı Laçın yolundakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası məsələsi müzakirə edilib.