Paşinyan Azərbaycana məğlub olmuş generalları orduya qaytarır

pasinyan-azerbaycana-meglub-olmus-generallari-orduya-qaytarir
Oxunma sayı: 1296

Ermənistanın baş naziri Nikol Paşinyan 2016-ci il aprel döyüşlərində Azəraycan ordusuna məğlub olmuş generalları yenidən Ermənistanın Müdafiə Nazirliyi sisteminə qaytarır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazıb. Bildirilir ki, 2016-cı ilin 26 aprelində biabırçı məlubiyyətdən sonra prezident Serj Sarkisyanın göstərişi ilə vəzifəsindən azad edilən general-mayor Komitas Muradyan yenidən orduya qayıdıb. Ondan əvvəl isə daha bir general – Arşak Karapetyan orduya qaytarılmışdı. Karapetyan hazırda Nikol Paşinyanın müşaviridir.

Muradyan Ermənistan Silahlı Qüvvələrinin rabitə, rabitə qoşunları və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, Karapetyan isə Ermənistan SQ-nin Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi olub. Qovulan generallardan təkcə müdafiə nazirinin keçmiş müavini – maddi-texniki təminat departamentinin rəisi Alik Mirzəbekyan  qalıb ki, onun da müdafiə sisteminə qayıdacağı istisna edilmir.