Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan qaz alışının və yaxud tranzitinin mümkünlüyünü istisna etməyib.
Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan bu barədə II Ümumdünya Erməni Sammitində çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Ermənistan ərazisi ilə Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin keçməsi ssenarisi istisna edilmir.