Paşinyan Azərbaycanla sülh müqaviləsinə dair danışıqların anonsunu verdi

pasinyan-azerbaycanla-sulh-muqavilesine-dair-danisiqlarin-anonsunu-verdi
Oxunma sayı: 2874

“Azərbaycanla sülh sazişini bağlamaq üçün danışıqların başlanması məsələsi gündəmdədir”.

“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Xüsusi nümayəndələr səviyyəsində Ermənistan-Türkiyə dialoqu başlayıb. Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiya və delimitasiya məsələsi, o cümlədən Azərbaycanla sülh sazişinə dair danışıqların başlanması məsələsi var”, - deyə Paşinyan qeyd edib.