Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda səfərdə olan ATƏT-in baş katibi Tomas Qreminqeri qəbul edib.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş zamanı baş nazir Qrimenqerlə Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, məsələnin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını bildirib:
“Münaqişənin həlli regionu daha təhlükəsiz edər və Ermənistan sülh yolu ilə tənzimlənmə üçün üzərinə düşən vəzifələrinə sadiqdir. Bu nizamlanma ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin formatı çərçivəsində olmalıdır”.
Son xəbərlər
Son Xəbərlər