Paşinyan bu tarixlər aralığında istefa verməlidir

Paşinyan bu tarixlər aralığında istefa verməlidir
Oxunma sayı: 1384

Ermənistanın Baş naziri Nikol Paşinyan qanunverici orqanın buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün 20 aprel-5 may aralığında istefa verməlidir.

“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın hökumət aparatının rəhbəri Arsen Torosyan deyib. Onun sözlərinə görə, qeyd edilən tarix qanunla nəzərdə tutulub.

Torosyan əlavə edib ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının seçkiqabağı qərargahına Ərazi idarəetmə və infrastuktur naziri Suren Papikyan rəhbərlik edəcək. Qərargahın işini Torosyan özü, ətraf mühit naziri Romanos Petrosyan və Paşinyanın baş məsləhətçisi Araik Arutyunyan əlaqələndirəcək.

Hökumət aparatının rəhbəri qeyd edib ki, seçkilərin keçirilməsi qərarı ölkənin maraqlarından çıxış edərək qəbul olunub.

Xatırladaq ki, Nikol Paşinyan seçkilərin iyunun 20-də keçirləcəyini bəyan edib.