“Paşinyan bunların qarşısının alınması üçün təcili tədbirlər görməlidir”

pasinyan-bunlarin-qarsisinin-alinmasi-ucun-tecili-tedbirler-gormelidir
Oxunma sayı: 4707

"İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan vəTürkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik".

"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.

“Ermənistan hökuməti və Baş nazir Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməlidir”, - deyə A.Hacızadə qeyd edib.