Paşinyan da Praqaya getdi - Yenilənib

pasinyan-da-praqaya-getdi
Oxunma sayı: 3241

11:33

Ermənistanın Baş naziri Nikol Paşinyan Praqa şəhərinə yola düşüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan açıqlayıb.

Bildirilir ki, Paşinyan yola düşdüyündən hökumətin iclasına o başçılıq edəcək.

Xatırladaq ki, N. Paşinyan Praqada Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək. Sammit çərçivəsində Azərbaycan, Fransa, Ermənistan liderləri və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək. Bununla yanaşı, bu gün N.Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçirilməsi də planlaşdırılır. 

***

13:38

Nikol Paşinyanın Çexiyaya rəsmi səfəri başlayıb.

Onu bu səfərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, parlamentin vitse-spikeri Ruben Rubinyan və digər vəzifəli şəxslər müşayiət edir.