Paşinyan daxili siyasi böhranın bitdiyini elan etdi

pasinyan-daxili-siyasi-bohranin-bitdiyini-elan-etdi
Oxunma sayı: 3917

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tərəfdarlarının Yerevanın mərkəzində keçirilən mitinqində çıxış edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Paşinyan 2020-ci ilin noyabrında Qarabağda atəşkəslə bağlı üçtərəfli razılaşmanın imzalanmasından sonra ölkədə başlayan daxili siyasi böhranın başa çatdığını bildirib:

“Ümid edirəm, 9 noyabrda başlayan daxili siyasi böhranın aradan qaldırıldığını burada elan edəcəyik və sabahdan etibarən normal işə qayıdacağıq. Bütün siyasi qüvvələrə sadə bir nöqtədən başlamalarını təklif edirəm – təhqir ritorikasına son qoyun”.

Paşinyan bu öhdəliyi ilk olaraq özünün götürdüyünü söyləyib və bütün tərəfdarlarını təhqirlərə, aqressivliyə və düşmənçiliyə son qoymağa çağırıb.