Paşinyan Dünya İqtisadi Forumunda iştirak etməyəcək

pasinyan-dunya-iqtisadi-forumunda-istirak-etmeyecek
Oxunma sayı: 1822

Ermənistanın Baş naziri Nikol Paşinyan Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etməyəcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan sözügedən forumda yalnız 2019-cu ildə iştirak edib.

Qeyd edək ki, bu gün Davos şəhərində Dünya İqtisadi Forumunun açılış mərasimi baş tutacaq. Forumda 50-dən çox dövlət və hökumət başçılarının, 19 ölkənin Mərkəzi bankının sədrlərinin, çox sayda nazir, eləcə də qurum rəhbərlərinin iştirakı gözlənilir.