Paşinyan eks-Ombudsmanı Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etdi

pasinyan-eks-ombudsmani-xarici-kesfiyyat-xidmetinin-rehberi-teyin-etdi
Oxunma sayı: 1887

Ermənistanın keçmiş Ombudsmanı Kristine Qriqoryan ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyan bununla bağlı sərəncam imzalayıb. 

Xatırladaq ki, K.Qriqoryan cari il yanvarın 24-ü öz istəyi əsasında istefaya göndərilib. O, sözügedən vəzifəni 1 il müddətində icra edib.