Paşinyan əleyhdarları Koçaryanla görüşdü - Fotolar

pasinyan-eleyhdarlari-kocaryanla-gorusdu
Oxunma sayı: 3366

Bir neçə gün əvvəl İrəvanda parlament binası önündə Baş nazir Nikol Paşinyana qarşı aksiya təşkil edən ermənilər hazırda paytaxtda ölkənin sabiq Prezidenti Robert Koçaryanla görüş keçirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “News.am” yayıb.

Məlumata görə, görüş aksiya iştirakçılarının istəyi əsasında baş tutub və mətbuata qapalı şəkildə keçirilir.

Xatırladaq ki, ötən həftə Ermənistan parlamentinin binası önündə Nikol Paşinyana qarşı aksiyalar keçirilib. Aksiya iştirakçıları Paşinyana qarşı impiçment prosedurunun başladılmasını tələb ediblər.