Paşinyan Ermənistanda xəstəxana çatışmazlığından şikayətləndi

Paşinyan Ermənistanda xəstəxana çatışmazlığından şikayətləndi
Oxunma sayı: 905

Ermənistanda tibb müəssisələri artıq bütün ehtiyacı olan xəstələri vaxtında xəstəxanaya yerləşdirə bilmirlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Nazir Nikol Paşinyan öz feysbuk hesabında videomüraciət yayıb: “Xəbərlər pisdir. Epidemioloji vəziyyət getdikcə pisləşir. Dünən daha 697 yoluxma faktı aşkarlanıb. Bu o deməkdir ki, tibb müəssisələri artıq ehtiyacı olan hər kəsi vaxtında xəstəxanaya yerləşdirə bilməyəcək bir vəziyyətdədir”.

Paşinyan əlavə edib ki, hazırda ölkədə yoluxduğunu bilməyən 20 minə yaxın koronavirus daşıyıcısı var. Bunu nəzərə alaraq, o, insanları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi