Paşinyan Ermənistandakı ağır xəstələrin sayını açıqladı

pasinyan-ermenistandaki-agir-xestelerin-sayini-aciqladi
Oxunma sayı: 3910

“Ermənistanda koronavirusa yoluxmuş 650 pasiyentin vəziyyəti ağır və ya həddindən artıq ağırdır”.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş Nazir Nikol Paşinyan deyib:

“Hazırda bizim 10,9 min aktiv koronavirus xəstəmiz var. Onlardan 2106-sı xəstəxana şəraitində müalicə olunur. 536-nın vəziyyəti ağır, 117-nin vəziyyəti isə həddən artıq ağırdır. 1730 nəfərə pnevmoniya diaqnozu qoyulub”.

Paşinyan bildirib ki, ötən ilin iyun ayı ilə müqayisədə cari ilin iyununda ölkədə ölüm səviyyəsi 30% artıb.

“Əlbəttə, statistikadakı dəyişiklik tamamilə koronavirusla əlaqəli deyil, ancaq Covid-19-la bağlı vəziyyətin də bu faktora təsiri var”, - deyə erməni nazir bildirib.

Qeyd edək ki, Ermənistanda martın 16-dan iyulun 13-dək fövqəladə vəziyyət elan edilib. Ölkədə koronavirusa yoluxanların sayı 26 mindən çoxdur. 453 nəfər isə dünyasını dəyişib.