“Ermənistanı kriminal-oliqarx rejimin qalıqlarından xilas etmək lazımdır”.
“Qafqazinfo” “News.am” saytına istinadən xəbər verir ki, bu cür bəyanatla baş nazir Nikol Paşinyan parlamentdə çıxış edib.
“Ötən il dekabrın 9-da keçirilən parlament seçkilərinin nəticəsi ölkədə legitimliyin olduğunu göstərir. Lakin bu o, demək deyil ki, ölkədə təsdiq olunmuş siyasi sistem qüsursuzdur və ya onun təkmilləşdirilməsinə ehtiyac yoxdur. Bu, o deməkdir ki, artıq cinayət-oliqarx rejiminə qayıtmaq olmaz. Yaxın zamanlarda bizim Ermənistanı onun qalıqlarından və korrupsiya rejimindən xilas etmək lazımdır”, - deyə Paşinyan qeyd edib.
Son xəbərlər
Son Xəbərlər