Paşinyan gələn həftə Rusiyaya səfər edəcək

pasinyan-gelen-hefte-rusiyaya-sefer-edecek
Oxunma sayı: 1662

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan bunu Çexiyada keçirilən konfransda bildirib.

"Gələn həftə mən Moskvaya gedəcəm", -  deyə Ermənistanın Baş naziri vurğulayıb.

Qeyd edək ki, Paşinyan sonuncu dəfə ötən il dekabrın sonunda Rusiyaya səfər edib.