Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana qeyri-rəsmi səfərə gedib.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, gürcü həmkarı Mamuka Baxtadze ilə görüşüb. Qeyri-rəsmi görüş Kvemo Kartli bölgəsinin Bolnisi şəhərində keçirilib.
Baxtadze Paşinyanı baş nazir olması münasibətilə təbrik etdikdən sonra nazirlər ikitərəfli münasibətləri müzakirə ediblər.
Son xəbərlər
Son Xəbərlər