Paşinyan hakimiyyətdən getməsi tələbinə münasibət bildirdi

pasinyan-hakimiyyetden-getmesi-telebine-munasibet-bildirdi
Oxunma sayı: 2679

Ermənistan Baş naziri Nikol Paşinyan onun hakimiyyətdən gedişinə yalnız xalqın qərar verməli olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, hökumət rəhbəri bu barədə tərəfdarları ilə birlikdə keçirdiyi yürüşdə bildirib. 

Paşinyan həmçinin orduya müraciət edərək onun əmrlərini yerinə yetirməsini tələb edib.

“Bütün əsgərlərə, zabitlərə, generallara əmrim odur ki, öz işinizlə, Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü qorumaqla məşğul olun. Bu, mənim əmrimdir və heç kim onu ​​poza bilməz”,- deyə bildirən Paşinyan ordunun siyasi proseslərdə iştirak edə bilməyəcəyini və seçilmiş orqanlara tabe olmalı olduğunu deyib.