Ermənistanın Baş naziri Nikol Paşinyan hansı halda istefa verə biləcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Ermənistan parlamentində danışıb.
Paşinyan qeyd edib ki, əgər onun gedişi ilə ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olarsa, yaxın saniyələrdə hakimiyyəti tərk edəcək.
Müxalifətçi deputatın sualını cavablandıran hökumət başçısı hakimiyyətdən yapışmadığını bildirib.