Paşinyan iki yüksək vəzifəli məmuru istefaya göndərdi - Yenilənib

pasinyan-iki-yuksek-vezifeli-memuru-istefaya-gonderdi
Oxunma sayı: 3411

Ermənistanın Baş naziri Nikol Paşinyan iki yüksək vəzifəli məmuru vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata əsasən, Paşinyanın qərarı ilə səhiyyə nazirinin müavini Artem Smbatyan və Dövlət Gəlirləri Komitəsinin sədr müavini Rafik Maşadyan istefaya göndərilib. 

Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, Artem Smbatyan Maşadyanı vəzifəsində əvəz edəcək. Lakin rəsmi açıqlama verilməyib. 

***

Nikol Paşinyan Artem Smbatyanı Dövlət Gəlirləri Komitəsinin sədrinin birinci müavini vəzifəsinə təyin edib.